News Detail
HomeNews
 

2-ci BHARAT KO JANIYE (Hindistan tan) msabiqsi 2018-19 - Azeri

Posted on : 16-07-2018 | Back | Print

Hindistan Səfirliyi

Bakı (Azərbaycan)

***

2-ci BHARAT KO JANIYE (Hindistanı tanı) müsabiqəsi 2018-19

1.   Hindistan Hökumətinin Xarici İşlər Nazirliyi 1 yanvar, 2019-cu ilədək 15-35 yaş arasında olan xaricdəki Hind gəncləri (PIO və NRI) və xarici vətəndaşlar üçün 2-ci “BHARAT KO JANİYE” (Hindistanı tanı) müsabiqəsini təşkil edir (1 yanvar, 1984-cü ildən əvvəl və 1 yanvar, 2004-cü ildən sonra doğulanlara şamil olunmur).

 

2.   Müsabiqədə iştirak etmək istəyən şəxslərdən www.bharatkojaniye.in portalında qeydiyyatdan keçmək tələb olunur. Müsabiqədə iştirak etmək üçün HEç BİR öDƏNİŞ tələb olunmur.

 

3.   Müsabiqə dörd turdan ibarət olacaqdır.

 

4.   Müsabiqənin ilk turu Hindistanın Bakıdakı Səfirliyi tərəfindən 16-30 sentyabr, 2018-ci il tarixlərində online/offline şəkildə həyata keçiriləcəkdir. Online müsabiqə www.bharatkojaniye.in portalında, offline müsabiqə isə Səfirlikdə keçiriləcəkdir. 25 dəqiqə ərzində 30 sualı cavablandırmaq tələb olunacaq.

 

5.   Bəzi oxu materialları www.bharatkojaniye.in portalında mövcuddur. Bununla belə, müsabiqə sualları portalda mövcud olan oxu materialları ilə məhdudlaşmayacaqdır. İştirakçılar müsabiqəyə hazırlaşmaq üçün müxtəlif məlumat mənbələrindən istifadə etməkdə sərbəstdirlər.

 

6.   Səfirlik səviyyəsində keçirilən müsabiqədə xaricdəki Hind gənclərinin hər bir kateqoriyasında (PIO və NRI) və xarici vətəndaşlar arasında qalib gəlmiş üç nəfərə Səfirlik tərəfindən medallar təqdim olunacaq və onlar müsabiqənin Nazirlik tərəfindən keçiriləcək ikinci turunda (online) iştirak edəcəklər.

 

7.   İkinci turda 60 dəqiqədə 60 sual cavablandırılmalıdır. İkinci turda toplanmış ballar əsasında hər bir kateqoriyada– PIO, NRI və xarici vətəndaşlar kateqoriyalarında 10 ən yaxşı finalçı seçiləcək və Hindistanda keçiriləcək üçüncü  (yarı final) və dördüncü turda (final) iştirak etməyə dəvət olunacaqlar.

 

8.   Hindistanda keçiriləcək üçüncü və dördüncü turlara seçilmiş iştirakçılar Nyu Dehlidə seminarda iştirak etməyə dəvət olunacaqlar və 15 günlük Bharat Ko Janiye Yatra (Hindistanı tanı turu) Hindistan turunda iştirak edəcəklər.

 

9.   1 yanvar, 2019-cu ilədək 15-35 yaş arasında olan, maraqlanan Azərbaycan vətəndaşları və Azərbaycanda yaşayan xaricdəki Hind gəncləri Səfirlik tərəfindən keçiriləcək müsabiqənin birinci turunda iştirak etmək üçün www.bharatkojaniye.in portalında qeydiyyatdan keçə bilərlər.

 

***




Go to Top | Back | Print