About Us News

Covid-19 virusuna nəzarət etmək məqsədilə Ayurveda və yoqaya əsaslanan Milli Klinik İdarəetmə Protokolu

Posted on: October 16, 2020 | Back | Print

COVID-19 pandemiyası, ictimai səhiyyədə misli görünməmiş fövqəladə vəziyyətə səbəb olan qlobal sağlamlıq böhranı yaratdı. Dünyada hər gün virusdan ölən və virusa yoluxmuş insanların sayı artır. Bu vəziyyət, bir çox sosial və iqtisadi faktorlara görə yaranan mümkün dağıdıcı hallar səbəbindən daha təhlükəlidir. İnfeksiyanı aradan qaldırmaq üçün effektiv nəzarət hələ də inkişaf edir və bu istiqamətdə ümumi müdaxilələr standart qayğı ilə inteqrasiya edilməyə cəhd edilir.

Sözsüz ki, Ayurveda və yoqa Səhiyyə və Ailə Rifahı Nazirliyi (TNF) tərəfindən verilən təlimatlarda göstərilən profilaktik tədbirlərin artırılmasında əsas rol oynaya bilər. COVID-19 pandemiyasına dair mövcud anlayış bunu göstərir ki, immunitet sisteminin yaxşı olması xəstəliyin inkişaf etməsinin qarşısının alınması və xəstəlikdən qorunmaq üçün önəmlidir.

Bu protokol hazırlanarkən aşağıdakı üç cəhət nəzərə alınır:

1. Ayurveda klassiklərinin biliyi və kliniki praktikadan əldə edilmiş təcrübə

2. Ampirik dəlillər və bioloji ehtimal

3. Davam edən kliniki araşdırmaların inkişaf edən trendləri

Bu sənəd konsensus Dehlinin Bütün Hindistan Ayurveda İnstitutu (AIIA), Camnaqarın Ayurverda üzrə Akademik Təlim və Tədqiqat İnstitutu (IPGTRA), Caypurun Ayurveda Milli İnstitutu (NIA), Ayurvüeda üzrə Mərkəzi Tədqiqat Şurası, Yoqa və Naturopatiya üzrə Mərkəzi Tədqiqat Şurası (CCRYN) və digər milli tədqiqat təşkilatlarından olan mütəxəssis komitələri tərəfindən hazırlanmışdır. Bu protokol yüngül formada keçən COVID-19 virusuna nəzarət etmək üçündür. COVID-19 virusuna orta və ağır formada yoluxmuş şəxslər üçün müalicə formaları barədə məlumat verilə bilər. Bütün ağır xəstələrə istinad ediləcəkdir.

Bu protokol və onun əlavəsi, yüngül formada keçən COVID-19 virusuna nəzarət etmək məqsədilə Ayurveda və yoqanın əlavə edilməsi üçün Fənlərarası Komitə sədri və COVID-19 üzrə Fənlərarası Ayuş Tədqiqat və İnkişaf Tapşırıq Komissiyasının səlahiyyətli komitəsi tərəfindən təsdiqlənir. Hər iki qurum Ayuş Nazirliyi tərəfindən təsis edilib.

Ümumi və fiziki tədbirlər

1. Fiziki məsafə saxlayın, tənəffüs və əl gigiyenasına əməl edin, maska ​​taxın.

2. Bir çimdik sarıkök və duzu isti suya əlavə edin və bu su ilə qarqara edin. Tripala (üç meyvə) və ya biyan ilə qaynadılmış su da həmçinin qarqara üçün istifadə edilə bilər.

3. Burun instilasiyası üçün tibbi yağ (Anu taila və ya Shadbindu Taila), adi yağ (küncüt və ya hind qozu yağı) və ya inək yağının gündə bir-iki dəfə, xüsusən də evdən çıxdıqdan və evə geri qayıtdıqdan sonra burnunuza tökün.

4. Zirə, nanə və ya evkalipt yağı ilə gündə bir dəfə buxar inhalyasiyası edin.

5. 6 - 8 saat müddətində lazımi qədər yatın.

6. Orta səviyyədə fiziki məşqlər

7. COVID-19 pandemiyasının ilkin olaraq qarşısının alınması üçün yoqa protokoluna (Əlavə-1) və COVID-19 virusundan sonra baxım protokoluna (COVID-19 xəstələrinə qulluq da daxil olmaqla) (Əlavə-2) - uyğun olaraq əməl edin.

Pəhriz tədbirləri

1. İlıq və ya qaynamış suyu zəncəfil, keşniş, reyhan və ya zirə toxumları ilə içki məqsədilə istifadə edin.

2. Təravətli, balanslı pəhriz

3. Gecə bir dəfə yarım çay qaşığı sarıkök tozu 150 ml isti süd ilə qarışdırıb için. Həzm pozğunluğu zamanı istifadə etməkdən boyun qaçırın.

4. Gündə bir dəfə bitki çayları (Ayuş Kadha və ya Kvat) (isti dəmləmə və ya həlim şəklində) qəbul edin.

 



News