About Us Press Releases

Phone call between Prime Minister Shri Narendra Modi and H.E. Dr. John Pombe Joseph Magufuli, President of the United Republic of Tanzania June 12, 2020

Posted on: June 14, 2020 | Back | Print

Phone call between Prime Minister Shri Narendra Modi and H.E. Dr. John Pombe Joseph Magufuli, President of the United Republic of Tanzania
June 12, 2020

Prime Minister Shri Narendra Modi had a phone call today with His Excellency Dr. John Pombe Joseph Magufuli, President of the United Republic of Tanzania.

The Prime Minister warmly recalled his July 2016 visit to Dar-es-Salaam and stressed on the importance that India attaches to its traditionally friendly ties with Tanzania. He reiterated India’s commitment to partnering Tanzania in its development journey, as per the aspirations and needs of the Tanzanian government and people.

The Prime Minister thanked President Dr. Magufuli for the assistance provided by the Tanzanian authorities for evacuation of Indian citizens from Tanzania in the wake of COVID-19.

The leaders reviewed the overall bilateral relationship. They expressed satisfaction at the growing development partnership, educational linkages, and trade and investment flows between India and Tanzania, and discussed possibilities of further accelerating these trends.

Prime Minister conveyed his best wishes to His Excellency President Magufuli and the people of Tanzania for the forthcoming Presidential and Parliamentary elections in Tanzania later this year.

Ministry of External Affairs, Government of India

Baş nazir Şri Narendra Modi və Tanzaniya Birləşmiş Respublikasının Prezidenti Zati-aliləri Dr. John Pombe Joseph Magufuli arasında telefon danışığı.
12 iyun 2020

Baş nazir Şri Narendra Modi bu gün Tanzaniya Birləşmiş Respublikasının Prezidenti Zati-aliləri Dr. John Pombe Joseph Magufuli ilə telefon danışığı etdi.

Baş nazir 2016-cı ilin iyul ayında etdiyi Dar-es-Salaam səfərini məmnuniyyətlə xatırladı və Hindistanın Tanzaniya ilə ənənəvi dostluq əlaqələrinin əhəmiyyəti barədə vurğuladı. O, həmçinin Tanzaniya Hökuməti və xalqının istək və ehtiyaclarına əsasən inkişaf istiqamətində Hindistanın Tanzaniyaya tərəfdaşlıq etmək niyyətinə dair bildirdi.

Baş nazir, COVID-19 pandemiyası ilə əlaqədar yaranan vəziyyət zamanı Hindistan vətəndaşlarının Tanzaniyadan təxliyyə edilməsi üçün Tanzaniya səlahiyyətliləri tərəfindən göstərilən köməyə görə Prezident Dr. Magufuliyə təşəkkürünü bildirdi.

Hər iki ölkə rəhbəri ümumilikdə ikitərəfli əlaqələri nəzərdən keçirdilər. Hindistan və Tanzaniya arasında artmaqda olan inkişaf tərəfdaşlığı, təhsil əlaqələri, eləcə də ticarət və investisiya axınından məmnunluqlarını ifadə etdilər və bu təşəbbüslərin daha da sürətlənməsi imkanlarını müzakirə etdilər.

Baş nazir Zati-aliləri cənab Prezident Magufuliyə və Tanzaniya xalqına bu ilin sonunda Tanzaniyada keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar ən xoş arzularını çatdırdı.